“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025 / 14:08

Çinin “Alibaba” şirkəti bulud platformaları və süni intellekt infrastrukturunun qurulmasına üç il ərzində 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə yatıracaq.

Xeberler.az məlumat verir ki, “Pengpai” nəşrinin məlumatına görə, bunu şirkətin Baş direktoru U Yunmin deyib. Onun sözlərinə görə, üç il ərzində süni intellekt infrastrukturu üçün nəzərdə tutulan investisiyaların miqyası son on ildə bu sahəyə yatırılan investisiyaların həcmini üstələyir.

Yanvarın sonunda “Alibaba Cloud” (“Alibaba”nın törəmə şirkəti) yeni “Qwen2.5-Max” süni intellekt modelini təqdim edib. Həmin modelin “DeepSeek” sistemindən üstün olduğu iddia edilir.

Qeyd edək ki, Çinin “DeepSeek” şirkəti yanvarın 20-də ABŞ-ın “OpenAI” kompaniyasının “ChatGPT” süni intellekt platformasının qabaqcıl versiyasını üstələdiyini iddia etdiyi çat-botun yeni versiyasını istifadəyə verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə