Britaniya alimlərinin qənaətinə görə, ofis işçiləri sağlamlıqlarını qorumaq üçün iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdırlar.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, oturaq həyat tərzinin insan sağlamlığına təsirinin təhlili İngiltərə Səhiyyə Departamentinin (Public Health England) sifarişi ilə keçirilib. Nümunə kimi kompüter arxasında oturaraq işləyən şirkət əməkdaşlarının günün nizam qaydası götürülüb. Həkimlər qərara gəliblər ki, uzun müddət oturmaq ürək-damar xəstəlikləri, diabet, xərçəng, onurğa sütunu və həzm problemləri kimi ciddi fəsadlara yol aça bilər.
Bununla əlaqədar tədqiqatçılar oturaq həyat tərzinin pis nəticələrini minimuma endirmək üçün düz qamətlə işləməyi və səkkiz saatlıq iş günü ərzində ayaq üstə ən azı iki saat keçirməyi tövsiyə edirlər. Mütəxəssislər bu tövsiyənin yerinə yetirilməsi üçün mümkün üsullar kimi liftdən istifadədən imtina edərək pilləkənlə qalxmağa, telefonla danışarkən stuldan durmağa, eləcə də mümkün olan halda iş yoldaşlarına elektron poçtdan istifadə etmədən birbaşa müraciət etməyə çağırırlar.
Tədqiqatda o da qeyd olunur ki, Skandinaviya ölkələrində iş yerlərinin 90 faizi əməkdaşa noutbuku və ya kompüteri uyğun hündürlüyə qaldırmağa və ayaq üstə işləməyə imkan verən xüsusi avadanlıqla təchiz edilib. Böyük Britaniyada bu göstərici 1 faizə bərabərdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri