Yaşlılara özəl ağıllı saat gəlir

27-04-2015 / 14:52

Gənc nəsil günümüzün texnologiya aləminə dərhal ayaq uydura bilir, ancaq müəyyən bir yaşa aid nəsil isə istifadə etməkdə olduğumuz ağıllı cihazları çox qarmaqarışıq sayırlar və çətin olduğunu düşünürlər. Bu vəziyyət belə olunca belçikalı bir şirkət yaşlılara özəl bir ağıllı saat istehsal edib.

Şirkətin yaşlılar üçün hazırladığı ağıllı saat onun ilk məhsulu deyil, daha əvvəl də yaşlıların rahatlıqla istifadə edə bildiyi ağıllı telefon və planşet istehsal edən şirkət indi isə ağıllı saat istehsalına üz tutub.

Xəbərlər-in verdiyi məlumata görə, xüsusi istehsal edilən ağıllı saat başqa saatlara görə, daha asan istifadə olunur və sadə menyuya sahibdir, həmçinin, ağıllı saatın tərkibində alarm (zəng) funksiyası da var. Hazırda test mərhələsində olan ağıllı saat 399 €-luq qiyməti ilə istifadəçilərə təqdim olunacaq.

Sevil Rəsulzadə

 

                                                                                    


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə