Diabet xəstələri üçün yeni plastır yaradılıb

17-03-2016 / 19:38

ABŞ-ın Şimali Karolina alimlər qrupu orqanizmə beta hüceyrələr əmələ gətirən insulini müstəqil daxil edə bilən yeni plastır icad edib.

Jen Qu və digər tədqiqatçıların fikrincə, yeni plastırdan istifadə şəkər xəstələrinə insulin inyeksiyasından imtinaya kömək edəcək.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, kiçik plastırdan həm 1-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələr, həm də 2-ci tip diabet diaqnozunun qoyulduğu insanlar istifadə edə biləcəklər. Plastır qanda şəkərin səviyyəsinin dəyişməsinə dərhal reaksiya verir və onu 10 saat ərzində normallaşdırmağa kömək edir.

Tədqiqat qrupu bir müddət əvvəl insulini ağrısız vura bilən “ağıllı” plastır yaratsa da, ondan hamı yararlana bilməyib. Belə ki, onun köməyi ilə insulinin lazımi dozasını seçmək mümkün olmayıb.

Son vaxtlar şəkər xəstəliyinin müalicə üsullarından biri kimi beta hüceyrələrinin köçürülməsi hesab olunur. Belə transplantasiya prosedurundan keçən bir sıra xəstələrin özlərini yaxşı hiss etməsinə baxmayaraq digərlərində fəsadlar yaranıb və ya beta hüceyrələrinin orqanizmdə dağılması baş verib. Alimlərin qənaətinə görə, beta hüceyrələrin inyeksiyasını həyata keçirən plastır hüceyrələrin dağılması probleminin həllinə kömək edəcək.

Plastırın tərkibinə beta hüceyrələrin dolu olduğu kapsullarla birləşmiş mikroiynələr daxildir.

Qeyd olunur ki, mütəxəssislər siçanlar üzərində eksperiment keçiriblər. Plastır diabetdən əziyyət çəkən heyvanların qanında şəkərin səviyyəsini tezliklə normallaşdırmağa imkan verib. İki plastır eyni anda daha çox - 20 saat işləyib, lakin artıq dərəcədə insulin dozası orqanizmə daxil edilməyib.

Yaxın vaxtlarda alimlər kəşfi insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə