Previous Next
Bağla

Çəkisizlik vəziyyətinin insan orqanizminə təsiri öyrəniləcək

14-04-2015 13:30
Çəkisizlik vəziyyətinin insan orqanizminə təsiri öyrəniləcək

ABŞ Kosmik Agentliyi (NASA) eksperimental tibbi sınaqlardan keçməyə və 70 sutka xəstəxana çarpayısında hərəkətsiz uzanmağa razı olan könüllülərin hər birinə 18 min dollar ödəyəcək. Tədqiqatın məqsədi çəkisizlik vəziyyətinin insan orqanizminə təsirinin öyrənilməsidir. Sınaqlarda iştirak üçün “NASA” tərəfindən irəli sürülən yeganə tələb möhkəm cansağlığı və ABŞ vətəndaşlığının olmasıdır.

Xəbərlər  “TASS”-a istinadən məlumat verir ki, tədqiqat üç mərhələdən ibarət olacaq. İki-üç həftə davam edəcək birinci mərhələ hazırlıq məqsədi daşıyacaq. İştirakçılar bu vaxtı xəstəxanada yataq rejiminə yaxın şəraitdə (onlar istədikdə ayrılan yerdə hərəkət edə və normal həyatda olduqları kimi yaşaya biləcəklər) keçirəcəklər.  

Növbəti mərhələ “NASA”-nın Hyustondakı elmi-tədqiqat bölməsində baş tutacaq və könüllülərin sağlamlığı üçün ciddi sınaq olacaq. Belə ki, 10 həftə ərzində onlar üfüqi vəziyyətdə hərəkətsiz uzanacaqlar. Bu halda baş bir qədər aşağı salınmış, ayaqlar, əksinə, yuxarı qaldırılmış vəziyyətdə olacaq. Həkimlərin sözlərinə görə, uzun müddət statik vəziyyətdə olan könüllülər oynaqlarda sızıldayan ağrı hiss edə biləcəklər. Onlar üçün yeganə təsəlli kitab oxumaq və televizora baxmaq imkanı olacaq, çünki bu məşğuliyyətlər üçün çoxlu enerji sərf olunmur.

Alimlər bununla insan orqanizminin kənar yükləmələrin olmaması şəraitində hərəkətini, ürək-damar fəaliyyətinin sürətinin aşağı düşməsi və əzələ və sümüklərə kənar təsirin kəskin azalması haqqında maksimum məlumat əldə etməyə ümid edirlər.

Sınağın bərpaedici üçüncü mərhələsi bütünlüklə ikinci sınaqla ziddiyyət təşkil edəcək. İştirakçılar iki həftə davam edəcək fiziki tapşırıqları, o cümlədən gimnastik hərəkətlər, piyada və velosiped səyahətlərini yerinə yetirməli olacaqlar.  

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nasa təcrübə üçün adam axtarır

Nasa təcrübə üçün adam axtarır

15-04-2015
NASA-nın missiyası Aya çatıb

NASA-nın missiyası Aya çatıb

06-04-2026
NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır

NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır

10-07-2025
Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026
NASA: ABŞ kosmik proqramını dəyişdirməlidir

NASA: ABŞ kosmik proqramını dəyişdirməlidir

29-04-2026
“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

08-06-2015
NASA “Artemis 3” missiyasını ləğv edib

NASA “Artemis 3” missiyasını ləğv edib

28-02-2026
“Boeing”in kosmik missiyası uğursuzluqla üzləşib

“Boeing”in kosmik missiyası uğursuzluqla üzləşib

31-08-2024
ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024
ABŞ NASA-ya 19 milyard büdcə ayırır

ABŞ NASA-ya 19 milyard büdcə ayırır

13-03-2017
NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

24-02-2026
NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid Yerə doğru hərəkət edir

NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid Yerə doğru hərəkət edir

12-02-2021
ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

ABŞ Çin ilə kosmik layihədə iştirak etmək istəyir

01-10-2015
NASA insan həyatının xilası üçün yeni texnologiyanı sınaqdan keçirib

NASA insan həyatının xilası üçün yeni texnologiyanı sınaqdan keçirib

12-05-2015
Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

03-02-2016
NASA-nın elm büdcəsi kəskin dərəcədə azaldıla bilər

NASA-nın elm büdcəsi kəskin dərəcədə azaldıla bilər

15-04-2025
BANM komandası yenidən NASA-da Azərbaycanı təmsil edəcək

BANM komandası yenidən NASA-da Azərbaycanı təmsil edəcək

11-10-2022
NASA-nın aparatı Marsa eniş edib

NASA-nın aparatı Marsa eniş edib

19-02-2021
NASA: “Xaos Tanrısı” adlı asteroid  Yer kürəsinə yaxınlaşacaq

NASA: “Xaos Tanrısı” adlı asteroid Yer kürəsinə yaxınlaşacaq

16-04-2026
NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025
“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

07-09-2024
NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023
NASA Günəşdə aktivliyin artması ilə bağlı xəbərdarlıq edib

NASA Günəşdə aktivliyin artması ilə bağlı xəbərdarlıq edib

17-09-2025
“Blue Ghost” kosmik aparatı Aya eniş edib

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə