Bu gün Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib.
Xeberler.az bildirir ki, səfər çərçivəsində xanım Amani Abu-Zeyd və “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayevin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və gələcək planları barədə geniş məlumat verilib. Görüşdə bu il orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peykinin əhatə dairəsi, xüsusilə Afrika qitəsi üzərində güclü siqnala malik olması və “Azərkosmos” üçün Afrika regionunun prioritetliyi da vurğulanıb.
Səfər çərçivəsində xanım Abu-Zeyd “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə də olub. Qonağa “Azerspace-1” və “Azerspace-2” peykləri vasitəsilə rabitə və yayım xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə və digər tətbiq sahələrində Azersky peyki təsvirlərinin istifadə edilməsinə dair məlumat verilib.
Görüşdə, həmçinin, kosmik sahədə insan kapitalının inkişaf etdirilməsi, xüsusən də yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunub.
Görüş əsnasında xanım Abu-Zeyd Afrika İttifaqı ölkələrində Azərbaycanın kosmik sahədə əldə etdiyi təcrübəni öyrənməkdə maraqlı olduğunu bildirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri