Previous Next
Bağla

AMEA Reyhan Camalovanın layihəsinə dəstək olacaq

21-12-2017 10:46
AMEA Reyhan Camalovanın layihəsinə dəstək olacaq

AMEA YT Parkda hazırda dünyada tanınan "Rainergy" layihəsinin müəllifi, gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Bildirib ki, AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzinə qəbul edilən "Rainergy" layihəsinin həyata keçirilməsi, ixtira olunan qurğunun təkmilləşdirilməsi üçün texnoparkda gənc startapçı üçün lazımi şərait yaradılacaq.

Startapçı Reyhan Camalova ixtirası haqqında ətraflı məlumat verib.

Yağış suyundan enerji istehsalını nəzərdə tutan "Rainergy" qurğusu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 watt enerji deməkdir. Reyhan Camalovanın layihəsi alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı dövrdə, xüsusilə yağıntıların çox olduğu Hindistan, İndoneziya kimi ölkələr üçün əlverişlidir.

15 yaşlı gənc ixtiraçı Reyhan Camalovanın ixtirası noyabrda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Forumunda böyük marağa səbəb olub. Amerika Birləşmiş Ştatları Prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Trump  xüsusi diqqətini çəkib. 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənc startapçımız Forbes-in siyahısında

27-03-2018

Reyhan Camalova Qlobal Sammitdə iştirak edib

15-05-2018

Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb-Foto

13-04-2018

Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

02-12-2017

Reyhana Prezident mükafatı verildi

02-02-2018

Reyhan Camalova ASAN xidmət-in İdeya müvəkkili oldu

05-01-2018

15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

16-11-2017

Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

27-11-2017

Azərbaycana uğur qazandıran Reyhan Camalova harada təhsil alır?

29-11-2017

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018

Elektrik enerjisinə 70% qənaət edən lampa

26-10-2010

Azərbaycanlı xanıma qlobal yarışdan mentorluq təklifi gəlib

18-12-2017

Azərbaycan alimlərindən ŞOK ixtira!!!

18-02-2009

Azərbaycanda süni yağış yağdırıla bilər

11-09-2025

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023

Azərbaycan bu ölkələrlə “yaşıl enerji” üzrə saziş imzalayıb

17-12-2022

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Kosmosdan enerji almaq mümkün olacaq

17-10-2016

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Azərbaycanda günəş enerjisi istehsalı 16 dəfə artıb

25-01-2017

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

Ev üçün elektrik batareyalarının istehsalına başlanılır

02-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə