Previous Next
Bağla

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018 10:48
Yaşıl İT sahəsində problemlər araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Yaşıl İT sahəsində problemlər və onların həlli yolları” mövzusuna həsr olunduğunu bildirib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Mövzuya dair çıxış edən şöbənin əməkdaşı Orxan Mehdiyev hazırda dünyada geniş yayılmış yaşıl sertifikat haqqında məlumat verib. Bildirib ki, əsasən Avropada istifadə olunan bu sertifikat elektrik enerjisinin istehsalı zamanı alternativ enerji mənbələrindən istifadə edən müəssisələrə təqdim edilir.

Ekoloji alternativ enerji mənbələri haqqında məlumat verən məruzəçi buraya Günəş, cazibə qüvvəsi, külək, su enerjisi, bio-yanacaq, hidrogen və s. aid olduğunu qeyd edib.

O.Mehdiyev dünyada yaşıl İT üzrə fəaliyyət göstərən IBM, Amazon, Intel kimi qabaqcıl şirkətlər və onların “Green Software Strategy”, “Green Asus” təşəbbüsləri, eləcə də Green Grid layihəsi haqqında məlumat verib.

 Bildirib ki, bu təşəbbüs verilənlərin emal mərkəzlərinin enerji efektivliyinin artırılmasını nəzərdə tutur.

Bloom Energy layihəsindən söz açan məruzəçi bildirib ki, bu layihənin əsas məqsədi enerjini verilənlərin emalı mərkəzlərinin daxilində yaratmaqdır. XXI əsrdə verilənlərin emalı mərkəzlərinin əsas vəzifəsi enerjidən sərbəst şəkildə istifadə və maliyyə  xərclərinin kifayət qədər azaldılmasını təmin etməkdir.

O, həmçinin verilənlərin yaşıl  emalı mərkəzlərinin inkişaf tendensiyası, onların ölkələr üzrə paylanması, Yaşıl İT üzrə treninq və sertifikatlaşdırılma ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdırıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl informasiya texnologiyaları nədir?

29-09-2017

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

29-12-2022

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

02-11-2024

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016

Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır

10-04-2023

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

“İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyi təmin edilməlidir”

31-10-2022

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

15-11-2024

"Green Hackathon" proqramına qeydiyyatın bitməsinə 1 gün qaldı!

17-10-2024

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə