Previous Next
Bağla

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018 15:18
Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

Social Innovation Lab innovasiya mərkəzinin əsas təşkilatçılığı və Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük cleantech proqramı olan ClimateLaunchpad-ın final mərhələsi keçirilib.

Xeberler.az məlumat verir ki, burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.

Belə ki, qalib olan 3 komanda 1-2 Noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq Climate-KIC Accelerator proqramına qəbul olunacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10,000 avro,

– İkinci yer: 5,000 avro,

– Üçüncü yer: 2,500 avro.

– Hər biri 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı

– Dünya Finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında ClimateLaunchpad tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır.

Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçib. ÖLkə finalında ən yaxşı 3 startap dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində Greenhouse inkubasiya proqramında layihələrini inkişaf etdirirlər. Ölkəmizdə hərkəs tərəfindən adı fəxrlə çəkilən Rainergy layihəsinin təsisçisi Reyhan Camalova öz layihəsi üzərində məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başladı, proqrama seçilən uğurlu layihələrdən biri oldu və məhz ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazandı. Proqramdan sonra, ClimateLaunchpad–ın davam edən mentor dəstəyi vasitəsilə, proqramının mentorlarından biri, həmtəsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etdi və təşəbbüsünə görə İvanka Tramp tərəfindən tərif aldı. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018-ci il üçün ən gənc ixtiraçı və sahibkarlarından biri oldu.

Məlumat üçün bildirək ki, ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı Social Innovation Lab innovasiya mərkəzidir, əsas tərəfdaşları Azərkosmos Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan qurumlarıdır. Barama İnnovasiyavə Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.

Layihə çərçivəsində komandaları qida ilə Özsut restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yə məxsusdur, məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ClimateLaunchpad startapının ölkə finalı baş tutub

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019
ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017
"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

02-08-2022
ClimateLaunchpad 2017-nin qalibləri-Foto

ClimateLaunchpad 2017-nin qalibləri-Foto

07-08-2017
15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

16-11-2017
NewSpace Proqramının Final mərhələsi baş tutub

NewSpace Proqramının Final mərhələsi baş tutub

14-06-2019
Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

Azərbaycanın Ən Yaxşı Startapı adını hansı komanda qazanacaq?

07-06-2019
Reyhana Prezident mükafatı verildi

Reyhana Prezident mükafatı verildi

02-02-2018
Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018
ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

29-08-2025
Azercell-dən sahibkar xanımlara dəstək

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018
Növbəti startap turu Qubada keçiriləcək

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018
“Barama İnkubasiya 2021” proqramı davam edir

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021
Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018
Azercell yerli startaplar üçün dünya bazarına yol açır

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015
Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

02-12-2017
ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin  tərəfdaşıdır

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025
Gənc startapçımız Forbes-in siyahısında

Gənc startapçımız Forbes-in siyahısında

27-03-2018
“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021
Barama Graduation Ceremony tədbiri baş tutub

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018
Startap müsabiqələri keçirilir

Startap müsabiqələri keçirilir

17-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə