Previous Next
Bağla

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025 10:59
AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə geniş tərkibdə müşavirə keçirilib.

Xeberler.az məlumat verir ki, müşavirədə fevralın 20-də keçiriləcək AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri və elektron xidmətlərə dair təqdim olunacaq çıxışların detalları müzakirə edilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları, Akademiyanın gənc alimləri və Milli Aviasiya Akademiyasının tələbələri iştirak ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Akademiyada elektron xidmətlər sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib və bu uğurların AMEA-nın Ümumi yığıncağında geniş şəkildə ictimaiyyətə təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müşavirənin keçirilməsində məqsəd ictimaiyyətə təqdim olunacaq çıxışların detallarının və istiqamətlərinin müəyyənləşdirilməsidir.

Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbədə elektron xidmətlərə dair görülmüş işlərlə bağlı geniş təqdimatla çıxış edib.

Fariz İmranov çıxışında şöbənin əməkdaşları tərəfindən ərsəyə gətirilmiş AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB), AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) və Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) sistemi barədə ətraflı məlumat verib.

Qeyd edib ki, AMEA İREMB bazasında Akademiyanın elmi müəssisə və təşkilatlarının və əməkdaşlarının “Google Scholar”, “Scopus”, “Web of Science” və s. bazalardakı elmmetrik göstəriciləri qeydə alınır, təhlil olunur. Elmi tədqiqat prosesinin rəqəmsal informasiya mühitinə inteqrasiyasının genişləndirilməsi məqsədilə yaradılmış REİRS sisteminin isə Türkiyənin TÜBİTAK qurumu tərəfindən yüksək qiymətləndirildiyini, gələcəkdə Avropa e-infrastrukturu olan Open AIRE sisteminə uyğunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.

O, həmçinin süni intellekt texnologiyalarının mənimsənilməsi, təhlili və tətbiqi üçün işlənilmiş Sözlərin Universal Funksionallıqla İşlənilməsi texnologiyaları (AMEA SUFİ) barədə danışıb. Microsoft Azure layihəsi çərçivəsində səsyazma studiyasının yaradıldığını, studiyanın Azərbaycan dilinin tanınması, təhlilinə və işlənilməsinə süni intellekt texnologiyalarının tətbiqinin yeni imkanlar yaratdığını söyləyib.

Fariz İmranov Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərin “Elektron Akademiya” şöbəsində görülən işlərə dəstək verdiyini də diqqətə çatdırıb.

Məruzə ətrafında akademik Rasim Əliquliyev, akademik Əli Abbasov və tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlarda süni intellektin imkanlarından və rəqəmsal texnologiyalardan istifadənin vacibliyini bildirib və müvafiq tapşırıqlarını verib.

Həmçinin müşavirə zamanı səsləndirilən təkliflərin AMEA-nın Ümumi yığıncağında bu istiqamətdəki çıxışlarda nəzərə alınmasını tövsiyə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025
AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023
AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

AMEA-da elektron xidmətlərə həsr olunmuş növbəti müşavirə keçirilib

30-01-2025
AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025
AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025
Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025
Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026
AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

22-07-2025
AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə