Dünya şöhrətli fizik, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Zinnuroviç Saqdeyevə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) qızıl medalı təqdim edilib.
Xeberler.az RYTN-ın rəsmi saytına istinadən məlumat verir ki, bununla bağlı bu gün AMA-da təqdimetmə mərasimi keçirilib.
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, müdafiə sənayesi naziri Yavər Camalov, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov ,AMEA-nin İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və digər yüksəkvəzifəli şəxslər iştirak edib.
AMA-nın prezidenti, akademik Arif Paşayev Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində görülən işlərdən danışaraq Roald Saqdeyevin bu sahəyə verdiyi töhfələri xüsusi ilə qeyd edib.
A.Paşayev Roald Saqdeyevin xidmətlərinin Azərbaycanda yüksək qiymətləndirildiyini və qızıl medalın bu xidmətlərə verilən dəyərin təzahürü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Roald Saqdeyev öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini qeyd edib.
O, Azərkosmos-un uğurlu layihə olaraq bir modelə çevrildiyini qeyd edərək Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini qeyd edib. Ölkəmizin telekommunikasiya peykinin verdiyi üstünlükləri qeyd edən Roald Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu söyləyib.
Sonra Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyev ASC-nin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.
Bundan sonra tədbir iştirakçıları Azərbaycanda kosmik sənayenin inkişaf vəziyyəti və prioritetlər istiqamətində müzakirələr aparılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri