Previous Next
Bağla

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018 11:50
 Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Oktyabrın 8-də Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb öz işinə başlayıb.

Xeberler.az  AZƏRTAC-a istinadən bildirir ki,  tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsinin (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC-nin və Milli Aviasiya Akademiyasının (MİA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, oktyabrın 13-dək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir. Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Tədbirdə AMEA, MAA, “Azərkosmos” ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, 22 ölkənin nümayəndələri də dinləyici qismində iştirak edirlər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə kosmik sahədə azərbaycanlı alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ölkəmizdə kosmik sahənin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. O, beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyası, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından olan tanınmış alim və mütəxəssislərin plenar və öyrədici məruzələrlə çıxışları nəzərdə tutulub. Tədbir çərçivəsində “Azərkosmos” ASC, ŞAR və MAA-da elmi-təcrübə sessiyaları keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərkosmos”a səfər

“Azərkosmos”a səfər

11-10-2018
Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

09-10-2018
Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

Beynəlxalq Kosmik Hava Təşəbbüsü üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib

07-02-2025
Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026
Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq  edəcək

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

03-07-2015
Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisinə kömək edəcək

10-10-2023
Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021
"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023
Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı  müzakirələr keçirilib

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr keçirilib

07-06-2018
Respublikada olan astronomik cihazlar modernləşdirilir

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016
Akademik Arif Paşayev və Saqdeyev Azərkosmos-a səfər edib

Akademik Arif Paşayev və Saqdeyev Azərkosmos-a səfər edib

03-07-2015
Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

24-06-2026
Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025
Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022
“Systems, Signals and Services” üzrə işçi qrupunun ekspertlər iclası keçirilir

“Systems, Signals and Services” üzrə işçi qrupunun ekspertlər iclası keçirilir

18-08-2025
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc  təmsil edəcək

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024
Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə