Apple-dan daha bir yenilik

06-05-2015 / 11:40

Televiziya sahəsində bir sıra yeniliklər yaratmaq fikrində olan Apple  qısa müddət ərzində İnternet TV xidməti təqdim etmək qərarına gəlib.

Son zamanlarda ilk ağıllı saat modeli olan Apple Watch və yeni MacBook modeli ilə gündəmdə olan Apple indi də Apple TV yaradacaq.

Xəbərlər-in verdiyi məlumata görə, Apple TV pultunda dəyişiklik edəcəyi gözlənilir. Yeni pultda TouchPad özəlliyinə yer veriləcək. Bu özəlliyin köməyi ilə Apple TV-in istifadəsinin daha asan olacağını hədəfləyən  Apple-ın yeni məhsulunu WDC konfransında təqdim etməsi gözlənilir.

Amerikanın TV kanalları ilə danışıqlar apardığını bildirən Apple, ABC, CBS və Fox kimi kanalları öz platformasına daxil etməyi düşünür. Amazon-a oxşar İnternet TV-ni qurmağa hazırlaşan Apple-ın bu xidmət üçün nə qədər məbləğ tələb edəcəyi hələ ki məlum deyil.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə