Previous Next
Bağla

ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin görüşü keçirilib

25-12-2019 09:35
ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin görüşü keçirilib

Bakı şəhərində dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlər görüşü keçirilib. 

Xeberler.az bildirir ki, məqsəd Assosiasiyasının Nizamnamə layihəsinin müzakirəsi və sənədin imzalanması məqsədi ilə üzv ölkələrin dövlətdaxili prosedurlarına ötürülməsidir.  
Dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyasının yaradılması barədə Niyyət Bəyannaməsi 2019-cu ilin iyun ayında Bakıda təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar. 

Assosiasiyanın Nizamnamə layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ekspert qrupu tərəfindən hazırlanaraq müvafiq ölkələrə  baxılmaq üçün göndərilib. Niyyət Bəyannaməsini imzalamış ölkələr tərəfindən müsbət rəy alındıqdan sonra həmin ölkələr tərəfindən sənədin ətraflı müzakirəsi məqsədi ilə yüksək səviyyəli ekspertlərin Azərbaycanda keçiriləcək iclasda toplanması qərarlaşdırılıb. 

Ekspertlərin Bakı görüşündə, həmçinin 2020-ci ildə təşkilatın Nazirlər Görüşünün yerini müəyyən etmək, qurumun təşkilatlanmasının hüquqi prosedurlarının növbəti mərhələlərini müzakirə etmək nəzərdə tutulur. 

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasında məqsəd üzv ölkələr arasında dövlət xidmətlərinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yolları və vasitələrinin müzakirəsidir. Həmçinin strategiya və onun reallaşdırılması çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etmək, habelə dövlət xidmətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək əsas prioritetlərdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin növbəti görüşü keçirilib

25-12-2020

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

Türkiyənin Vitse-prezidenti ASAN xidmətlə tanış olub

17-09-2019

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

Dövlət Agentliyinin sədri İsrail səfiri ilə görüşüb

12-03-2020

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

11-12-2019

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

07-11-2019

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015

“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

18-11-2024

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

“ASAN xidmət” BƏƏ ilə əməkdaşlığı genişləndirir

05-02-2026

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə