Previous Next
Bağla

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025 12:45
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Dövlət Agentliyinin sədri Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil- qərargahında təşkilatın İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dəstəyi ilə təşkil olunan yüksək səviyyəli plenar sessiyada iştirak edib.

Müvafiq sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlət xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusuna həsr olunub. Məqsəd 2024-cü il noyabrın 11-də Azərbaycan Hökuməti və BMT arasında imzalanan Töhfə Sazişi çərçivəsində həyata keçiriləcək fəaliyyətlərlə bağlı təşkilata üzv dövlətlərin məlumatlandırılması olub. Həmçinin “ASAN xidmət” modelinin təşviqi, eləcə də dövlət xidmətlərində innovativ həllər üzrə ekspert müzakirəsinin və təcrübə mübadiləsinin aparılması əsas hədəflər olub.

Tədbirə müxtəlif qitələri təmsil edən dövlətlərin BMT yanındakı daimi nümayəndəliklərindən səfirlər, aidiyyəti dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri, sahəvi ekspertlər və akademik dairələrin nümayəndələri olmaqla 100-dən çox iştirakçı qatılıb.

BMT Baş katibinin köməkçisi Navid Hanif Azərbaycanın “ASAN xidmət” modelinin 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının qalibi olduğunu, eləcə də 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətlər Sammitində “Dünyanın ən qabaqcıl dövlət xidməti” mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsinin və paylaşılmasının zəruriliyi vurğulanıb.

Ü.Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in BMT-nin üzvü olan dövlətlərdə innovativ dövlət xidmətlərinin qurulmasına dəstək göstərməklə idarəetmə potensialını gücləndirəcəyini, şəffaf, əlçatan və effektiv dövlət idarəçiliyini təşviq edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında BMT ilə Azərbaycan Respublikası Hökuməti arasında təsis olunan Etimad Fondu çərçivəsində BMT ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsinin 4 qitədə ixracını təşviq edəcək.

Sessiyada BMT-nin müvafiq departamentinin bölmə rəhbəri və Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müvafiq olaraq layihə çərçivəsində görüləcək işlər və “ASAN xidmət” barədə geniş təqdimatlarla çıxış ediblər.

Xarici ölkələrin nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə