Previous Next
Bağla

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

29-10-2026 11:41
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

Noyabrın 5-6-da Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçiriləcək.

Xeberler.az məlumat verir ki, sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bununla əlaqədar media nümayəndələri üçün təşkil olunan brifinqdə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev sammitin mahiyyəti, planlaşdırılan tədbirlər və hazırlıq prosesi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, sammit 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq.

Samiitdə dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.

Tədbirdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edəcək.

Xatırladaq ki, Töhfə Sazişinin məqsədi “ASAN xidmət” təcrübəsinin BMT tərəfindən 4 qitədə təbliği və bu istiqamətdə beynəlxalq tədbirlərin təşkilidir. O cümlədən BMT-yə üzv olan ən az inkişaf etmiş ölkələrin (LDC), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə, dövlət xidmətlərinin göstərilməsi və “ASAN xidmət” modelinin tətbiqi sahələrində müxtəlif təlimlərin təşkili əsas hədəflərdir.

Ötən dövr ərzində layihənin icrası çərçivəsində BMT tərəfindən “ASAN xidmət” təcrübəsinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Nyu-Yorkdakı mənzil-qərargahında, Afrika qitəsində yerləşən ölkələr üzrə Afrika İttifaqının mənzil-qərargahında, Karib hövzəsində yerləşən ölkələr üzrə Dominikan Respublikasında beynəlxalq tədbirlər təşkil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

01-10-2026
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
ASAN modeli BMT ekspertlərinin müzakirəsində

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də olub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də olub

09-10-2026
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026
ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024
ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018
“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

02-07-2026
Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025
“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə