“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018 / 14:11

Azərbaycanda “ASAN Viza” sistemi vasitəsilə çoxdəfəlik elektron vizalar veriləcək.

Xeberler.az-ın məlumatına görə,  bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə imzaladığı qanunda əksini tapıb.

Məcəllənin indiyədək qüvvədə olan 38-ci (Elektron vizalar) maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bəndə edilən yeni əlavəyə əsasən, çoxdəfəlik vizada müddət 90 gün müəyyən edilib.

Bundan başqa, Prezident “Turizm haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq.

Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətində baxılacaq.  (Report) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə