Previous Next
Bağla

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019 09:59
ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

 Xeberler.az bildirir ki,2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61% artıb. Belə ki, cari dövr ərzində “ASAN Viza” vasitəsi ilə  429 000 -dən çox viza verilib. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. Bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.az portalı üzərindən müraciət edərək cəmi 3 gün ərzində elektron viza əldə edə bilirlər. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir.  

“ASAN Viza” vasitəsi ilə bu il verilən ümumi vizaların 39 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir. 

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə,  Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar.

 

         

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

“ASAN Viza” sistemində yenilik

15-05-2017

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

ASAN Viza beynəlxalq mükafata layiq görülüb

20-12-2018

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

Avropa İttifaqı Azərbaycan üçün yeni viza qaydaları tətbiq edir

29-04-2015

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə