Previous Next
Bağla

Əcnəbilərin viza alması asanlaşdı-Yeni portal

16-12-2016 12:30
Əcnəbilərin viza alması asanlaşdı-Yeni portal

Məlumat verdiyimiz kimi, bu gün “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib.

Belə ki, bir neçə aydır üzərində işlənilən yeni portal istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində Prezident y­anında Vətəndaşlara X­idmət və Sosial İnnov­asiyalar üzrə Dövlət ­Agentliyinin sədri İnam Kərimov bildirib ki, hazırda sınaq mərhələsində  fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək. 

Onun sözlərinə görə, “ASAN Viza" portalın yaradılması­nda məqsəd Azərbaycan­a gələn əcnəbil­ər və vətəndaşlığı ol­mayan şəxslər üçün vi­za verilməsi prosedur­unun sadələşdirilməsi­, müasir informasiya ­texnologiyalarının tətbiqi ilə operativlik­ və şəffaflığın təmin­ edilməsidir.

Belə ki, artıq əcnəbilər evlərindən çıxmadan, növbədə gözləmədə, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. 

Məlumata görə, ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.

Qeyd edilib ki, viza üçün dövlət rüsumu 20 dollar təşkil edir. Bu rüsum vizaya baxmaq üçün tələb olunur və heç bir halda geri qaytarılmır.

Elektron viza müraciətlərinin birnəfərlik, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10 və ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

“ASAN Viza” portalı-evisa.gov.az-ın xidmətlərindən istifadə isə çox sadədir.

Öncə qeyd edək ki, sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) dillərində fəaliyyət göstərir.

Portal vasitəsi ilə Siz 3 addımda (müraciət et, ödəniş et və elektron viza blankını yüklə) e-Visa ala bilərsiniz.

Ödəmə əməliyyatları Mastercard, Visa ve UnionPay üzərindən aparılması mümkündür. Kartın sizin adınıza olması mütləq deyil.

Saytda qeyd edilib ki, Azərbaycan Respublikasına gəlmək üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən e-viza blankının təsvirində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinin ikinci hissəsinin tələbləri nəzərə alınıb.  Elektron viza blankı A4 formatdadır.

e-Viza blankının yuxarı sağ hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilib. Əcnəbi bir neçə e-Viza aldıqda giriş etdiyi e-Viza blankı ilə çıxış etməlidir.

Onu da bildirək ki, e-Viza blankı itirildikdə portal üzərindən əcnəbi yenidən əldə edə bilir.

Qeyd edək ki, e-Viza üçün qeydiyyatdan keçirilmiş ölkə səyahət sənədində göstərilmiş ölkədən fərqli olduğu halda e-viza etibarsız sayılır.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “ASAN Viza” portalı tam istifadəyə verildi

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017
“ASAN Viza”-dan  ilk elektron viza alan əcnəbilər-Foto

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017
“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017
Daha bir ölkə ASAN Viza ala biləcək

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018
Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsi qurulur

24-11-2023
3 saat ərzində e-viza almaq imkanı-Yenilik

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017
ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017
Evisa və vizam.az domenlərinin fəaliyyəti  nə üçün dayandırılıb?

Evisa və vizam.az domenlərinin fəaliyyəti nə üçün dayandırılıb?

22-12-2016
“ASAN Viza” sistemində yeniliklər

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017
“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017
“ASAN Viza” sistemində yenilik

“ASAN Viza” sistemində yenilik

15-05-2017
“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017
Bu gün ümumdünya poçt günüdür

Bu gün ümumdünya poçt günüdür

09-10-2015
“ASAN Viza” sistemində yeniliklər edilib

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017
ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019
"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026
 “ASAN viza” portalı təqdim ediləcək

“ASAN viza” portalı təqdim ediləcək

15-12-2016
Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016
ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019
ASAN viza-nın rüsumu açıqlanıb

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018
Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022
Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019
ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019
 Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə