Birləşmiş Millətlər Təşkilatının (BMT) Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə 2024-cü il hesabatında ölkəmiz irəliləyiş əldə edib və indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub.
Xeberler.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Elektron Hökumət üzrə Sorğu BMT tərəfindən iki ildən bir keçirilir.
BMT-nin EGDI üzrə 2024-cü il hesabatı 2023-cü ilin may ayına qədər olan göstəricilər əsasında hazırlanıb.
Hesabatda həmin dövr üçün ölkəmiz adından “ASAN xidmət” tərəfindən uğurla həyata keçirilən elektron hökumət və innovasiyalar üzrə layihələr də yer alır.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi olaraq reytinqdə ölkəmizin mövqeyinin güclənməsinə töhfə verməkdən qurur duyuruq.
Əminik ki, dövlət qurumlarının əlaqəli fəaliyyəti və səyləri nəticəsində adıçəkilən reytinqdə ölkəmizin müsbət tendensiyası gələcək illərdə də davam edəcəkdir”, - deyə Dövlət Agentliyinin açıqlamasında bildirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri