Previous Next
Bağla

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025 16:36
“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Pakistanın paytaxtı İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb.

Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını bildirib.

Xatırladaq ki, sentyabrın 10-da Pakistanın Baş nazirinin iştirakı ilə İslamabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin və Səyyar "ASAN xidmət"in fəaliyyəti ilə də tanış olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025

Pakistanda “ASAN xidmət”in tətbiqi üzrə əməkdaşlığa dair Saziş təsdiqlənib

04-11-2025

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub

03-03-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Vyetnam nümayəndə heyəti “ASAN xidmət”də olub

29-07-2025

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

Pakistan "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır

09-09-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də olublar

20-05-2026

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə