Previous Next
Bağla

ATV prezidentinin hesabından pul oğurlanıb

14-07-2019 18:02
ATV prezidentinin hesabından pul oğurlanıb

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.

Xeberler.az-ın məlumatına görə, bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bildirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.

“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”,- deyə mənbə bildirib.

Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.

ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb. O, yayılan xəbərlə bağlı danışmaq istəməyib. Ünvanladığımız suala təəccübləndiyini bildirən Xəlilov, iclasda olduğunu qeyd edərək telefonu bağlayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Həftəsonu bank kartlarından 18 minə yaxın pul oğurlanıb

Həftəsonu bank kartlarından 18 minə yaxın pul oğurlanıb

21-04-2025
Son bir həftədə bank kartlarından 300 min manata yaxın pul oğurlanıb

Son bir həftədə bank kartlarından 300 min manata yaxın pul oğurlanıb

15-04-2025
Google və Facebook nə qədər maaş verir?

Google və Facebook nə qədər maaş verir?

31-10-2015
“ATV Plus” cərimələnib

“ATV Plus” cərimələnib

01-11-2024
DİN: Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb

13-05-2025
DİN: Ötən gün bank kartlarından 40 min manatdan çox pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 40 min manatdan çox pul oğurlanıb

10-04-2025
Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

24-04-2025
Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016
Google-un 200 min dollarlıq müsabiqəsinə heç kim qatılmadı

Google-un 200 min dollarlıq müsabiqəsinə heç kim qatılmadı

05-04-2017
Ötən gün bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

Ötən gün bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

23-04-2025
DİN: Ötən gün bank kartlarından 5 min manata yaxın pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 5 min manata yaxın pul oğurlanıb

24-05-2025
DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

09-04-2025
Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

13-03-2023
Apple-ın direktoru ötən il  nə qədər pul qazanıb?

Apple-ın direktoru ötən il nə qədər pul qazanıb?

08-01-2016
“Google” mənfəətini artırdı

“Google” mənfəətini artırdı

15-10-2010
“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

“ATV İnternational” oktyabrın 5-də efirə çıxacaq

03-10-2009
Ötən gün bank kartlarından 30 min 716 manat oğurlanıb

Ötən gün bank kartlarından 30 min 716 manat oğurlanıb

01-05-2025
Həftəsonu bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

Həftəsonu bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19-05-2025
DİN: Həftəsonu bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

DİN: Həftəsonu bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

26-05-2025
Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

Ötən gün bank kartlarından 36 min manat oğurlanıb

30-04-2025
Həftəsonu vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

Həftəsonu vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

14-04-2025
“Azərkosmos”un ixrac gəlirləri azalıb

“Azərkosmos”un ixrac gəlirləri azalıb

06-04-2026
Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

Həftəsonu bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

16-06-2025
İşçiləri 240 min dollar maaş alır

İşçiləri 240 min dollar maaş alır

18-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə