Bir müddət öncə texnologiya nəhənglərindən Google şirkəti hakerlər üçün müsabiqə elan etmişdi.
Belə ki, şirkət Android sistemində hücum edib, boşluq tapana 200 min dollar mükafata verəcəyini açıqlamışdı.
Məlumdur ki, nəhəng şirkətləri hə nə qədər təhlükəsizlik mütəxssisləri ilə çalışıb, proqramlar hazırlayıb, test etsələr də, bəzən bu proqramlarda kənar şəxslər tərəfindən açıqlar tapılır. Bu da şirkətə baha başa gəlir.
Ona görə də şirkətlər problemin qarşısını almaq üçün belə müsabiqələr təşkil edir.
Bu şirkətlərdən biri olan Google da təxminən 6 ay əvvəl Project Zero adlı yarışmasına başladı və Android əməliyyat sistemə yalnız telefon nömrəsi və e-poçt ilə müdaxilə edənə 200 min dollar pul mükafatı verəcəyini açıqlamışdı.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Google-un bu müsabiqəsinə heç kim müraciət etməyib.
Deyilənə görə, Google-un bu mükafat üçün qeyd etdiyi hücum hadisəsi reallaşdığında Google milyonlarla dollar zərərə uğraya və bu açığı bağlamaq üçün çox daha çox pul xərcləmək məcburiyyətində qala bilər.
Bu səbəblə də başqa bir şirkət Google-un bu açığını öyrənmək üçün 200 min dollardan çox daha çox pul təklif edə bilər. Ona görə də müsabiqə hakerlərin diqqətini cəlb etməyib.
Şirkət məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri