Previous Next
Bağla

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023 13:46
"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.

Şuradan Xeberler.az-a verilən xəbərə görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib.

Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb.

Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı - Açıqlama

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı - Açıqlama

19-01-2024
Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025
Audiovizual Şurasının növbəti iclası keçirilib

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023
Azərbaycanda üç yeni radio açılacaq

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022
Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

02-09-2022
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
İTV-nin Yayım Şurasına yeni sədr seçilib

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017
Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Xankəndidə radio-televiziya yayımı bərpa olunur

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

25-05-2026
CBC radiosu Şuşada yayıma başlayıb

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025
Azərbaycanda yeni radio tezlik açılır

Azərbaycanda yeni radio tezlik açılır

30-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə