Previous Next
Bağla

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025 19:00
Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Xeberler.az bildirir ki, ilk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilib.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

02-09-2022

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Azərbaycanda yeni radio açılır

24-01-2024

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb

04-08-2021

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021

MTRŞ 102 MHz tezliyi ilə bağlı müsabiqəni ləğv edib

11-01-2020

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə