Previous Next
Bağla

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022 21:51
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

 Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Xeberler.az məlumat verir ki, iclasda "Space TV" redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunub və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.

İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkətinin "Space TV" redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.

Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Space TV" redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.

Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat vermiş və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.

Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025
Audiovizual Şurasının növbəti iclası keçirilib

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023
Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025
"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

09-10-2023
Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq

Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq

17-08-2020
Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023
“Səhiyyə TV” 16 min manat cərimələnib

“Səhiyyə TV” 16 min manat cərimələnib

27-08-2024
Azərbaycanda üç yeni radio açılacaq

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023
ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016
Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016
Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

08-10-2025
"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026
"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

"Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq

13-09-2025
ANS TV cərimələnib

ANS TV cərimələnib

13-10-2015
ANS Ali Məhkəməyə şikayət etdi

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə