Previous Next
Bağla

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023 16:43
Audiovizual Şurasının növbəti iclası keçirilib

10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Media haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audiovizual media fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Şuraya daxil olan müraciətlər müzakirə olunmuşdur.

Müzakirələrin yekunu olaraq "Kaspian Telekom" MMC-nin "Ailə TV" universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan "Ailə Cinema" sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən "Ailə Kinozal" film-kino janrlı televiziya kanalına görə "Kaspian Telekom" MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı "Ailə Cinema" olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı "Ailə Kinozal" olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunmuşdur.

Bundan başqa, "Konnekt" QSC-nin müvafiq müraciətləri əsasında "Connect TV" universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən "CTVHD", "CTVHD1" və "CTVHD2" film-kino janrlı televiziya kanallarına görə "Konnekt" QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları "CTVHD", "CTVHD1" və "CTVHD2" olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunmuşdur.

İclas zamanı, həmçinin, operatorluq fəaliyyətinin (xarici televiziya kanallarının retranslyasiyası üzrə) həyata keçirilməsi üçün Şuraya daxil olan müraciətlərə də baxılmışdır. Müzakirələrdən sonra "Boss Group" MMC-yə (xidmətin adı "Boss Group"), "Gamma Sky-Net" MMC-yə (xidmətin adı "Gamma TV"), "TVNet Telecom" MMC-yə (xidmətin adı "TVNet") və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bayramov Orxan Akif oğluna (xidmətin adı "Xan TV") universal platforma operatoru lisenziyalarının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.

İclasda audiovizual yayım fəaliyyətinin həyata keçirilmədiyi təsbit olunmuş fakta və ya lisenziya sahibinin Şuraya ünvanladığı rəsmi ərizəyə əsasən "Caspium Group" MMC-yə, "Media Art" şirkətinə və "Metronet" MMC-yə verilmiş lisenziyaların ləğv edilməsi haqqında qərarlar qəbul olunmuşdur.

İclasın yekununda ləğv edilmiş Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyaların onu hüquqi varisi olan Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən "Media haqqında" Qanununa əsasən yeni audiovizual media fəaliyyətlərinə uyğun lisenziyalarla əvəz olunması prosesi də müzakirə olunmuş və lisenziyaların yenilənməsi üçün Şuraya hələ də sənədlərini təqdim etməmiş subyektlərə ("Fibernet" MMC, "İTTNet" MMC, "Sham" MMC, "Farrukh Teleradio" MMC, "RA Technologies" MMC, "Albax TV" MMC, "Azol TV" MMC, "Orbita TV" MMC, f/ş Qasımov Möhsün Hüseyn oğlu) sonuncu xəbərdarlıq edilmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

4 televiziya kanalına xəbərdarlıq edildi

01-05-2023

Azərbaycan Respublikası Audiovizual Şurasında görüş keçirilib

21-02-2023

Beş şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verilib

03-12-2015

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021

MTRŞ 102 MHz tezliyi ilə bağlı müsabiqəni ləğv edib

11-01-2020

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022

Azərbaycanda yeni radio açılır

24-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə