Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023 20:01
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

Ölkənin lider mobil operatoru “Ulduz tərəfdaş” mükafatına layiq görüldü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 2022-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə “Azercell Telekom” MMC-nin Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı qismində göstərdiyi dəstək xüsusi qeyd olunub. Bu əməkdaşlıq sayəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, ölkənin lider mobil operatoru MPK tərəfindən “Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub.

2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən komitə 10 illik yubileyi münasibətilə 2023-cü ildə Bakı və regionlarda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.

"Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə bütün uşaqların fiziki sağlamlığı və inkişafının bərabər şəkildə təmin olunmasına öz töhfəsini verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018

Azercell paralimpiyaçılara dəstək olur

03-08-2017

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016

Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqlayıb

29-01-2021

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

06-11-2015

Uşaq paralimpiyaçılarımız beynəlxalq yarışda

19-08-2017

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28-02-2020

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə