Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009 / 15:21

Avropa Komissiyası “Windows” istifadəçilərinə əməliyyat sistemində əvvəlcədən qurulmuş brauzerlərdən birini seçmək imkanı ilə bağlı “Microsoft” şirkəti tərəfindən təqdim olunan sxemə baxacaq. Komissiya “Microsoft”un problemin həlli ilə bağlı irəli sürdüyü təklifi ilkin olaraq qəbul edib.

Xatırladaq ki, az əvvəl Avropa Komissiyası “Microsoft”u “Windows” əməliyyat sistemini əvvəlcədən qurulmuş “Internet Explorer” brauzeri ilə birgə satışa çıxarmaqla rəqabət haqqında qanunu pozmaqda günahlandırıb.

Avropa Komissiyasının nümayəndələri bildiriblər ki, bu gündən etibarən qurum istehlakçı, proqram təminatı şirkətləri, kompüter istehsalçıları və digər maraqlı tərəflərdən “Microsoft”un təklifi ilə bağlı rəylər qəbul edəcək.

“Microsoft”un qərargahında keçirilmiş mətbuat konfransı zamanı şirkətin baş müşaviri Bred Smit qeyd edib ki, Avropa Komissiyasının yeni bəyanatı “Microsoft”un Avropada antiinhisar münaqişələrinin bitməsi istiqamətində vacib addımdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə