Previous Next
Bağla

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

11-06-2018 18:26
Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi keçirilir

Bakıda XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi keçirilir.

Xeberler.az bildirir ki, bununla yanaşı, VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgisi də təşkil olunub.

Sərgi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

“TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.

Bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edir.

Sərgidə nəqliyyat şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər.

Sərgi iştirakçılarının 30 faizdən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır.

VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Traffic 2018) sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. Bu sərgi də Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, AZPROMO və ASK tərəfindən dəstəklənir.

Sərgidə Azərbaycan, ABŞ, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsullar “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər.

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Sərgilər peşəkar ziyarətçilər üçün iyunun 11-13-də, tələbələr üçün isə iyun ayının 13-də açıq olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovasiyalar Agentliyi Azərbaycan startaplarının beynəlxalq sərgidə iştirakını təmin edəcək

11-01-2020

Azexport ilk dəfə beynəlxalq sərgidə-Foto

26-04-2017

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

Yeni loqo ictimaiyyətə təqdim edildi

14-06-2018

Avtomobil nəqliyyatına aid 2 razılaşma protokol imzalandı

13-06-2018

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018

Avtomobil Nəqliyyatı mövzusunda konfrans keçirildi

12-06-2018

Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

22-11-2024

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

Ötən il Iteca Caspian və Сaspian Event Organisers Azərbaycanda 22 sərgi keçirib

24-01-2019

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

Nazirliyin sturukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

13-07-2018

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisinə qatılıb

11-08-2019

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib

29-04-2025

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə