Previous Next
Bağla

Avropa oyunları ilə bağlı xüsusi markalar dövriyyəyə buraxıldı

23-04-2015 16:14
 Avropa oyunları ilə bağlı xüsusi markalar dövriyyəyə buraxıldı

Bu gün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) inteqrasiya qrupunun iclası keçirilib.

Komitədən Xəbərlər-ə verilən məlumata görə, tədbirdə "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, əməliyyatlar üzrə baş direktor Saymon Kleqq, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Fövqəladə Hallar, Maliyyə, Xarici İşlər, Daxili İşlər nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Hava Yolları" QSC, Bakı şəhər İcra Hakimiyyəıti, "Bakı Metropoliteni" QSC, Nazirlə Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Gənclər Fondunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda çıxış edən gənclər və idman naziri, BEGOC-un baş icraçı direktoru Azad Rəhimov Oyunlara 50 gün qalmış görülən işlər barədə məlumat verib. Nazir tədbir iştirakçılarını qarşıda görüləsi işlərlə tanış edib.

BEGOC-un nümayəndəsi Panos Protopsalitis bildirib ki, Avropa Oyunlarının seçilmiş xüsusi marşrut yollarında yalnız Avropa Oyunları iştirakçılarının istifadəsi üçün nəzərdə tutulan xüsusi zolaqlar ayrılacaq. Bu zolaqlar mayın sonunda hazır olacaq. Digər nəqliyyat vasitələri üçün bu zolaqlardan istifadə qadağandır. Bu baxımdan paytaxt metrosu hamı üçün yeganə nəqliyyat vasitəsi olacaq. Üzərində yarışın emblemi olacaq bu zolaqların çəkilməsinə sabahdan başlanacaq. Vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunacaq".

BEGOC rəsmisi qeyd edib ki, nəqliyyat vasitələrinin parklanmasına da xüsusi nəzarət ediləcək. Onun sözlərinə görə, may ayının əvvəlindən etibarən iş vaxtının mərhələli qrafikə keçirilməsi tıxacların aradan qaldırılmasına kömək olacaq:

"İritutumlu nəqliyyat vasitələri yalnız gecə şəhərə buraxılacaq. Nəqliyyat vasitələrinin üzərində xüsusi buraxılış vəsiqələri olacaq. Bu, taksilərə də aid ediləcək. Metro Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlərə getmir. Bunun üçün 8 metro stansiyası yaxınlığında xüsusi mərkəz qurulacaq və burada ekspress avtobuslar işləyəcəklər ki, onlar azarkeşləri xüsusi zolaqları vasitəsi ilə maneəsiz obyektlərə aparsın".

Yunan mütəxəssis deyib ki, müəyyən olunmuş ərazilərə yalnız VAPP-a (xüsusi buraxılış) malik olan nəqliyyat vasitələri (BEGOC nəqliyyatı yol polisi ilə birgə) daxil olub, park edə bilərlər.

" Nazirliyin hazırladığı markaları poçt şöbələrindən əldə etmək  mümükündür”

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov çıxışda bildirib ki, rabitə sahəsi ilə bağlı işlər yüksək səviyyədədir. Nazir müavininin sözlərinə görə, artıq kabelləşmə işləri də yekunlaşıb: "I Avropa oyunları ilə bağlı xüsusi markalar da hazırlanıb. Nazirlik tərəfindən xüsusi markalar hazırlanıb. Bu gün markalar dövriyyəyə buraxılır. Bu markalarda bütün idman növləri nəzərə alınıb. Artıq poçt şöbələrindən bu markaları əldə etmək olar".

Markaların qiyməti 20 qəpik təşkil edir.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa Oyunları ilə bağlı Bakıda optik kabel infrastrukturu yaradılıb

23-04-2015

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015

“ASAN xidmət” Avropa Oyunları zamanı xüsusi iş qrafikinə keçir

10-06-2015

Bakı metrosu fəaliyyət göstərməyəcək

04-07-2018

Avropa Oyunları ilə bağlı Çağrı Mərkəzi fəaliyyətə başlayıb

29-05-2015

Avtobuslar sərnişinləri pulsuz daşıyır

04-07-2018

Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

16-04-2015

Rumıniyanın milli xəbər agentliyi Avropa Oyunları ilə bağlı xüsusi rubrika açıb

12-06-2015

Bakı-2015 Avropa Oyunlarının informasiya təminatı sistemi yaradılır

19-04-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

I Avropa Oyunları ilə bağlı poçt markaları nəşr olunub-Fotolar

27-04-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

10-06-2015

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015

“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

12-06-2015

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

Novruz bayramına həsr olunan marka buraxılıb

23-03-2018

“GoMap” Avropa Oyunları üçün yeni servislər təqdim etdi

21-05-2015

Lent.az mükafat aldı

22-12-2010

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018

Bakı 2015 Avropa Oyunlarının reklamı Almaniyanın ictimai nəqliyyatında

12-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə