Avstraliyada “YouTube” yeniyetmələr üçün qadağan olunub

30-07-2025 / 16:50

Avstraliya yeniyetmələri internetdəki zərərli məzmundan qorumağa yönəlmiş sosial şəbəkələrlə bağlı qanunun tətbiq dairəsini genişləndirib və 16 yaşdan kiçik uşaqlar üçün “YouTube” platformasına qadağa qoyur.

Xeberler.az bu barədə xarici mediaya istinadən məlumat verir.

“Artıq 16 yaşdan aşağı olan şəxslər artıq “YouTube” hesabı aça bilməyəcəklər”, – deyə çərşənbə günü Baş nazir Entoni Albaneze bəyan edib.

Qeyd edək ki, əvvəllər “Alphabet” şirkətinə məxsus video platforması müəllimlər arasında geniş istifadə olunduğuna görə qadağa siyahısından istisna edilmişdi.

Xatırladaq ki, ötən il Avstraliya yeniyetmələr üçün sosial şəbəkələrin qadağan edilməsini təklif edən ilk ölkə olmuşdu.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə