Slovakiyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi təklif olunub. Qanunvericiliyə müvafiq dəyişiklikləri hakim koalisiyada təmsil olunan Hlas-SD (“Səs – sosial demokratiya”) partiyası hazırlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, partiyanın lideri, eyni zamanda Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok planlaşdırılan tədbirlər barədə mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu təşəbbüs gənclərin radikallaşma probleminin müzakirəsi zamanı əldə olunan nəticələrdən biridir. Nazir vurğulayıb ki, sosial şəbəkələr uşağı yetkin yaşlı istifadəçi kimi qəbul etməməlidir.
16–18 yaş arasında olan yeniyetmələr üçün isə sosial platformalardan istifadə ilə bağlı xüsusi rejimin tətbiqi təklif edilir. Həmin rejim fərdi məlumatların və yerləşdiyi ərazi haqqında məlumatların daha güclü qorunmasını nəzərdə tutur.
Slovakiyanın təhsil naziri Tomaş Druker bildirib ki, hökumət qanun layihəsinə cari ilin avqust ayında baxacaq. Eyni zamanda məhdudiyyətlər yalnız istifadəçilər arasında mesajlaşma üçün nəzərdə tutulmuş platformalara şamil edilməyəcək.
Təşəbbüs təsdiqlənəcəyi təqdirdə, yeni qaydalar 2027-ci ilin yanvar ayından qüvvəyə minə bilər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları