Previous Next
Bağla

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025 09:40
Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

Qazaxıstanda 16 yaşdan kiçik istifadəçilərin onlayn platformalarda qeydiyyatını qadağan edən qanun layihəsi hazırlanıb. Bu təşəbbüs “Onlayn platformalar və kütləvi informasiya vasitələri məsələlərinə dair bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənəd Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən hazırlanıb.

Xeberler.az Tengrinews.kz portalına istinadən məlumat verir ki, əsas norma “Onlayn platformalar və onlayn reklam haqqında” qanunun yeni 10-1-ci maddəsində təsbit olunub. Bu maddədə birbaşa göstərilir: “İstifadəçilərin onlayn platformalarda qeydiyyatı on altı yaşınadək qadağandır, ani mesajlaşma xidmətlərində qeydiyyat istisnadır”.

Beləliklə, 16 yaşadək uşaqlar video-hostinqlərdə, sosial şəbəkələrdə və kontent platformalarında hesab yarada bilməyəcəklər. İstisna yalnız messencerlərdir.

Layihəni hazırlayanlar bildirirlər ki, məqsəd uşaqları onlayn platformalarda yayılan zərərli və qanunsuz kontentdən qorumaqdır.

Sənəd hökumətin 28 yanvar 2025-ci il tarixində keçirilmiş geniş iclasının nəticələrinə əsasən hazırlanıb və həmin iclasda “internet-platformaların destruktiv kontentin yayılmasına görə məsuliyyətinin qanunvericilikdə təsbit olunması məsələsinə baxılması” tapşırılmışdı.

MKİ-nin məlumatına görə, yaş məhdudiyyətinin tətbiqi “təhlükəsiz informasiya mühitinin” yaradılması və yetkinlik yaşına çatmayanlar üçün risklərin azaldılması tədbirlərindən biridir.

Qanun layihəsi müxtəlif qanunlara 80-dən çox dəyişiklikdən ibarət geniş paket təqdim edir. MKİ-nin hesablamalarına görə, bu dəyişikliklər:

• qanunsuz kontentin həcmini azaltmalı;

• internetdə uşaqların müdafiəsini gücləndirməli;

• rəqəmsal bazarın xarici və yerli iştirakçıları üçün bərabər şərait yaratmalı;

• onlayn platformalara və mediaya inamı möhkəmləndirməlidir.

Qeyd olunur ki, qanunun icrası büdcə xərcləri tələb etməyəcək və mənfi sosial-iqtisadi nəticələrə səbəb olmayacaq.

Parlament tərəfindən qəbul edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra qanun rəsmən dərc olunandan 60 gün sonra qüvvəyə minəcək.

Xatırladaq ki, noyabrın 12-də Məclisin deputatı Asxat Aymaqambetov sosial şəbəkələrdə qeydiyyat üçün yaş məhdudiyyətlərinin tətbiqini təklif etmişdi. Xüsusilə Qazaxıstanda uşaqlar və yeniyetmələr arasında populyar olan “TikTok” və “Instagram” nəzərdə tutulurdu. Həmin vaxt Aymaqambetov vurğulamışdı ki, digər ölkələrdə belə məhdudiyyətlər artıq qüvvədədir. Onun sözlərinə görə, məsələn, Danimarka və Avstraliyada qeydiyyat 15–16 yaşdan icazəlidir, ABŞ, İngiltərə və İrlandiyada isə valideyn icazəsi və verifikasiya tələb olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

12-11-2025
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

11-06-2026
Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

Fransa məktəblərində mobil telefon qadağan edilə bilər

01-01-2026
Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib

27-01-2026
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

18-06-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Avstraliyada “YouTube” yeniyetmələr üçün qadağan olunub

Avstraliyada “YouTube” yeniyetmələr üçün qadağan olunub

30-07-2025
Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

08-11-2024
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

14-07-2025
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
"Roblox" Qazaxıstanda qadağan ediləcək

"Roblox" Qazaxıstanda qadağan ediləcək

15-01-2026
Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

11-12-2025
Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026
Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019
Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

Sərhəd sığorta müqavilələrini onlayn bağlamaq mümkün olub

07-07-2025
Reklamlarla bağlı yeni qadağalar qəbul edildi

Reklamlarla bağlı yeni qadağalar qəbul edildi

15-05-2015
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015
Reklamla bağlı qadağalar yenidən müzakirəyə çıxarılır

Reklamla bağlı qadağalar yenidən müzakirəyə çıxarılır

24-04-2015
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə