Previous Next
Bağla

AYNA növbəti elektron xidmətini istifadəyə verib

02-10-2023 15:48
AYNA növbəti elektron xidmətini istifadəyə verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində gördüyü tədbirlər çərçivəsində “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib.

Xeberler.az bu barədə nazirliyə istinadən xəbər verir.

Altsistem vasitəsilə elektron qaydada AYNA-ya müraciət edərək avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə almaq mümkündür. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.

Elektron xidmətlərdən https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq yararlanmaq mümkündür. Linkə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçmək lazımdır. Müraciət edən şəxsin elektron kabinetinə yalnız “ASAN Login” üzərindən elektron imza vasitələrindən biri ilə daxil olmaq mümkündür.

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Müraciət edən şəxsə dövlət rüsumunun Hökumət Ödəniş Portalı üzərindən ödənilməsi imkanı da təmin edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

19-01-2022

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

Elektron əmtəə-nəqliyyat qaiməsi xidməti istifadəyə verilib

23-02-2024

Taksi fəaliyyətinə buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

02-04-2024

"AYNA" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilib

14-11-2025

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

Nazir avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb

04-08-2022

Taksi nəqliyyat vasitələrinə elektron formada müvafiq icazə veriləcək

20-02-2024

Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinə başlayır

05-04-2022

"Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır"

20-06-2023

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

"E-taksi" yaradılıb, kartı olmayanlar cərimələnəcək

08-04-2024

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

04-11-2024

Bu bölgələr üzrə elektron biletlər satışa çıxarıldı

21-12-2022

AYNA-da sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib

19-10-2022

Elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

23-12-2024

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022

Elektron xidmətlərlə bağlı layihələrə rəy verilməsi qaydası müəyyənləşib

24-06-2025

“MİDA Kommunal” portalı istifadəyə verilib

02-09-2024

“AYNA” informasiya sisteminin yaradılmasına başlanılıb

30-08-2023

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

01-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə