Previous Next
Bağla

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021 18:53
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, həmin ərazilərdə mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.

İclasda hazırda icra edilən strateji əhəmiyyətli infrastruktur layihələrinin keçdiyi ərazilərin minalardan təmizlənməsi məsələləri xüsusi olaraq müzakirə edilib, bu istiqamətdə görülən işlər barədə məlumatlar dinlənilib, qarşıya çıxan problemlər və onlardan çıxış yolları barədə təkliflər səsləndirilib.

Bununla yanaşı, icrasına başlanan və planlaşdırılan layihələr üzrə layihə-smeta sənədlərinin hazırlanması, müvafiq qaydada razılaşdırılması, infrastruktur layihələri altına düşən torpaq sahələrinin və obyektlərin layihə-smeta sənədlərində müvafiq qaydada nəzərə alınması məsələləri müzakirə edilib.

İclasda, həmçinin mövsümlə əlaqədar havaların isti keçməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə layihələri icra edən qurumlar və podratçı təşkilatlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN  üzrə İşçi Qrupunun iclası olub

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021
Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021
Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025
“Ağıllı kənd”də ilk iclas keçirildi

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021
Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

19-07-2021
Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

Nazirlər Kabinetində boyukqayidish.gov.az portalının icmal təqdimatı keçirilib

14-07-2023
İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

06-03-2023
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
Ekspert: Nə üçün Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur?

Ekspert: Nə üçün Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur?

15-07-2021
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025
“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020
Fiziki infrastruktur  üzrə işçi qrupunun növbəti iclası keçirilib

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025
Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

Qarabağdakı teleradio yayımı stansiyalarının sayı 15-ə çatdırılacaq

06-03-2023
ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

22-05-2021
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə