Previous Next
Bağla

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025 18:39
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.

Xeberler.az bildirir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına, eyni zamanda “2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə yaşayış sahələrinin istifadəyə verilməsi və əhalinin köçürülməsinə dair qrafik”ə uyğun olaraq hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası və fəaliyyəti, ictimai nəqliyyat xidmətlərinin, o cümlədən şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarının təşkili və müvafiq infrastrukturun yaradılması, telekommunikasiya və poçt şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.

R.Hümmətov Laçın rayonunda bölgədə sayca üçüncü olan beynəlxalq hava limanının tikintisinin başa çatdırıldığı və rəsmi açılış mərasiminin keçirildiyini, həmçinin  uzunluğu 224,1 km olan 7 avtomobil yolunda işlərin başa çatdırıldığını, bununla yanaşı, ümumi uzunluğu 2644 kilometr olan 40 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Həmçinin bildirib ki, dəmir yolu infrastrukturunun bərpası çərçivəsində Bərdə – Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb, Horadiz – Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66%-i tamamlanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quruculuq işləri, eləcə də tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, hazırda 11 müxtəlif istiqamət üzrə müntəzəm marşrut xətləri fəaliyyət göstərir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə indiyədək təqribən 85 000 sərnişin daşınması təmin edilib. Fərdi minik avtomobilləri ilə hesabat dövrünədək “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) istifadə etməklə, ümumi sayı 1 milyon 463 minə yaxın şəxsin səfər üçün müraciətləri təsdiq olunub. Şuşa və Laçın şəhərlərinə, həmçinin Suqovuşan qəsəbəsinə mövcud olan istiqamətlər ilə yanaşı, cari ilin 20 may tarixindən etibarən vətəndaşlara sözügedən portaldan istifadə etməklə Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd və Zəngilan rayonlarına da fərdi minik avtomobilləri ilə səfər etmələri üçün şərait yaradılıb.

Qeyd olunanlarla yanaşı, ərazilərdə məskunlaşan insanların gündəlik həyatını asanlaşdıran rabitə infrastrukturunun qurulması, telefon, internet xidmətlərinin təşkili və poçt xidmətlərinin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər görülür. Belə ki, hazırda 17 yaşayış məntəqəsində telekommunikasiya xidmətləri təşkil edilib və 4535 abunəçinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradılıb. Şuşa, Xankəndi, Füzuli və Laçın şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub.

Bununla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə fəaliyyət göstərən hərbi hissələrə, həmçinin əhali, dövlət qurumları, müəssisə və təşkilatlara təsdiqlənmiş marşrutlara uyğun olaraq səyyar poçt xidmətləri göstərilir.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 9 televiziya və 17 radio proqramının yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün ümumilikdə 340 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Ağdam, Xankəndi, Xocalı, Kəlbəcər və digər ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

İclasda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və köç qrafikinə uyğun olaraq həyata keçirilən nəqliyyat və rabitə infrastrukturu layihələri barədə çıxışlar edilib, layihə sənədlərinin aidiyyəti qurumlarla razılaşdırılması, tikinti üçün torpaq sahələrinin ayrılması, zəruri ərazilərin minalardan təmizlənməsi, mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, həyata keçirilən layihələrin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə həyata keçirilməsi və digər vacib məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə
əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi, həmçinin yerlərdəki tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə – Ağdam dəmir yolu, Bərdə – Ağdam –Əsgəran avtomobil yolu, Əsgəran – Xocalı – Xankəndi avtomobil yolu, Ağdam – Xankəndi magistral fiber-optik xəttin çəkilişi layihəsi, Ağdam rayonunda məskunlaşan Sarıcalı kəndində təşkil edilən telekommunikasiya və nəqliyyat xidmətlərinə baxış keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Laçında Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun iclası keçirilib

08-08-2023

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

İşğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

06-03-2023

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Xocalı rayonu telekommunikasiya xidmətləri ilə təmin edilib

21-02-2025

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

13-09-2024

Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

14-05-2025

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021

Xankəndidə olan yaşayış yerləri telekommunikasiya ilə təmin edilib

18-03-2025

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

21-07-2025

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

08-07-2025

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə