Previous Next
Bağla

Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

14-03-2018 17:10
Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

İnstagram sosial şəbəkəsində insanlara yalan vədlər verərək onları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən şəxs polislər tərəfindən saxlanılıb.

Bu barədə Xeberle.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “İnstagram” sosial şəbəkəsində “xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.

Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan “mobil telefonun yönləndirilməsi”, “telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində “xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib. N.İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib. N.İsmayılov ifadəsində Instagram-da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Saxta profillərlə özünü silah satan kimi təqdim edən şəxs saxlanıb

02-05-2016

İnstaqramda istifadəçilərin pullarını ələ keçirən şəxs saxlanılıb

14-03-2023

Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

05-05-2025

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

28-09-2024

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

13-09-2025

“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

08-02-2025

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025

Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub

20-11-2021

Sosial şəbəkədə saxta kredit elanları verən şəxs saxlanılıb

17-02-2026

Daha bir hakerimiz izini itirə bilmədi

20-05-2016

Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

20-06-2025

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

“Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb

30-09-2024

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb

21-08-2023

Özünü şirkət rəhbəri kimi təqdim edən kiberdələduz saxlanılıb

24-01-2025

Kiberpolis dələduzluq piramidasına qarşı əməliyyat keçirib

02-12-2025

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” piramidasına qarşı əməliyyat keçirib

09-10-2024

Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

31-10-2025

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026

“WhatsApp” tətbiqindəki yazışmaların ələ keçirilməsi ilə bağlı araşdırmalar davam etdirilir

31-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə