Previous Next
Bağla

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025 13:22
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertəhlükəsizliyin qorunması və kibercinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu istiqamətdə nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.

Xeberler.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı kompüter sistemlərinə qanunsuz müdaxilə etməklə vətəndaşlara məxsus fərdi məlumatları əldə edən Bakı şəhər sakini Hüseyn Məhərrəmov müəyyən edilərək saxlanılıb. H. Məhərrəmov internet üzərindən xarici ölkə vətəndaşlarından ibarət kibercinayətkar dəstələrlə əlaqələr yaradıb, onların vasitəsilə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının qorunduğu sistemlərin şifrələrini əldə edib, mühafizə tədbirlərini pozmaqla həmin serverlərə daxil olub. Daha sonra isə o, “Telegram” və digər sosial şəbəkələrdə yaratdığı anonim səhifələr vasitəsilə şəxsi məlumatları satışa çıxarıb. H. Məhərrəmov sosial şəbəkələrdə bir neçə müxtəlif nüfuzlu şəxsin fərdi məlumatlarını da paylaşaraq istənilən vətəndaş barədə informasiyanı pul müqabilində sata biləcəyi barədə reklam xarakterli elanlar da yerləşdirib. Bu şəxsin kibercinayət əməlləri ifşa olunduqdan sonra onun topladığı fərdi məlumatlar və müvafiq onlayn informasiya sistemlərinə qanunsuz girişi Baş İdarə əməkdaşları tərəfindən aradan qaldırılıb. Əldə edilən elektron sübutların ekspertizası nəticəsində H. Məhərrəmovun kompüter sistemlərinə qanunsuz müdaxilə etmə faktı bir daha təsdiqlənib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Məhərrəmov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaq aparılıb və cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib. H.Məhərrəmovla əlbir olan və xarici ölkələrdə gizlənən şəxslərin də saxlanılması istiqamətində həmin dövlətlərin polis qurumları ilə birgə əməliyyat-texniki tədbirlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024
Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025
Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026
Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

31-10-2025
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025
Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

18-09-2025
Daha bir hakerimiz izini itirə bilmədi

Daha bir hakerimiz izini itirə bilmədi

20-05-2016
Yerli hakerlər  banklara hücum edib

Yerli hakerlər banklara hücum edib

19-05-2016
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

17-06-2026
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025
Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026
Bankların adından saxta kredit səhifələri yaradanlar saxlanılıb

Bankların adından saxta kredit səhifələri yaradanlar saxlanılıb

04-06-2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

28-09-2024
Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025
Kiberpolis kart tədarükçülərinə qarşı növbəti əməliyyat keçirib

Kiberpolis kart tədarükçülərinə qarşı növbəti əməliyyat keçirib

28-11-2025
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16-01-2026
Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015
Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023
Kiberpolis qanunsuz fəaliyyətlə məşğul ola 5 dəstəni ifşa edib

Kiberpolis qanunsuz fəaliyyətlə məşğul ola 5 dəstəni ifşa edib

25-10-2025
DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024
DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025
MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə