Previous Next
Bağla

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

28-09-2024 18:26
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

Son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb:

"Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb".

Məlumatda qeyd edilib ki, tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib:

"Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

"Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. H.Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər. Sonda bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən “farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırırıq", - deyə məlumatda bildirilib.

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

20-06-2025

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” piramidasına qarşı əməliyyat keçirib

09-10-2024

Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

05-05-2025

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

13-09-2025

Kiberpolis dələduzluq piramidasına qarşı əməliyyat keçirib

02-12-2025

“Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb

30-09-2024

“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

08-02-2025

Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub

20-11-2021

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025

Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

14-03-2018

“Whatsapp”da işə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulu ələ keçirilib

16-09-2024

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker saxlanılıb

14-01-2026

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

Sosial şəbəkədə dələduzluq edən 4 nəfər ifşa edilib

17-11-2025

İnstaqramda istifadəçilərin pullarını ələ keçirən şəxs saxlanılıb

14-03-2023

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə