Previous Next
Bağla

Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

20-06-2025 14:23
Dələduzluq piramidasının admini olmaqda təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

"Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Xeberler.az məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Hüseyn Quliyev ifadəsində bildirib ki, o, sadəcə, piramidanı reklam edib: "Ötən il internetdə "Farmaniya.com" saytını gördüm. Maraqlı gəldiyi üçün saytın texniki dəstək komandası ilə əlaqə saxlayıb lisenziyası ilə tanış oldum. Qanuni olduğuna inandığın üçün 100-2000 arası məbləğlərdə dəfələrlə pul yatırdım. Sonra onlar mənimlə əlaqə saxlayıb saytı reklam etməyi təklif etdilər. Blogger olduğum üçün bu təklifi qəbul etdim və ödəniş qarşılığında saytı reklam etdim”.

Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən Farmaniya.com platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək Farmaniya.com saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.

Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.

H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib

17-06-2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi daha bir dələduzluq piramidasını ifşa edib

28-09-2024
Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” piramidasına qarşı əməliyyat keçirib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” piramidasına qarşı əməliyyat keçirib

09-10-2024
Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025
Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026
Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025
Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025
Kiberpolis dələduzluq piramidasına qarşı əməliyyat keçirib

Kiberpolis dələduzluq piramidasına qarşı əməliyyat keçirib

02-12-2025
Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

Azəbaycanda Instagram dələduzu saxlanıldı-Rəsmi

14-03-2018
Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

05-05-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

13-09-2025
Sosial şəbəkədə dələduzluq edən 4 nəfər ifşa edilib

Sosial şəbəkədə dələduzluq edən 4 nəfər ifşa edilib

17-11-2025
“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

“Telegram”da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb

08-02-2025
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025
Kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

01-05-2026
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024
Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025
Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker saxlanılıb

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker saxlanılıb

14-01-2026
İnstaqramda istifadəçilərin pullarını ələ keçirən şəxs saxlanılıb

İnstaqramda istifadəçilərin pullarını ələ keçirən şəxs saxlanılıb

14-03-2023
“Whatsapp”da işə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulu ələ keçirilib

“Whatsapp”da işə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulu ələ keçirilib

16-09-2024
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olunub

28-01-2026
“Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb

“Instagram”da investisiya adı ilə dələduzluq edən şəxs saxlanılıb

30-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə