Previous Next
Bağla

Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

23-09-2021 17:52
Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu.

Lakin torpaqların işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı da üzə çıxdı. Bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün dövlətin resursları ilə yanaşı cəmiyyətimizin və diasporumuzun səylərininin də birləşdirilməsi çox vacibdir.

Məbləğindən asılı olmayaraq, artıq hər birimiz Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəmizi verə bilərik.

Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına qoşularaq ianə etmək kifaytətdir.

Kampaniyaya qoşulanlar dostlarını da dəvət etmək üçün, sosial şəbəkələrdə öz qısa video müraciətlərini paylaşa bilərlər. Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərdən istifadə etmək vacibdir.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun rəsmi saytında ianə edən hər kəsə xüsusi “İanə sertifikatı” da təqdim edilir. Kampaniyaya qoşulan həmvətənlərimiz, bu Sertifikatı da sosial şəbəkələrdə paylaşa bilər.

Kampaniyaya qoşulmaq üçün:
1. QDF-in rəsmi saytında https://qdf.gov.az/iane-et/ bölməsinə daxil olursunuz;

2. Məbləği seçməklə Fonda ianə edirsiniz; * Bu mərhələdə ianə məbləğinin Sertifikatda göstərilib-göstərilməməsi ilə bağlı seçimi edə bilərsiniz.

3. İanə uğurla köçürüləndən sonra, “İanə sertifikatını əldə et” düyməsini seçib, xüsusi Sertifikatınızı əldə edirsiniz.

4. Həmin Sertifikatı qısa video müraciət ilə birlikdə sosial şəbəkələrdə (Facebook, Instagram, Twitter və s.) paylaşırsınız.

* Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərindən istifadə etməyi unutmayın.

İanə Sertifikatının alınması haqqında video təlimat:

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

14-09-2021

"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

17-09-2021

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

“YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

08-01-2021

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

21-11-2024

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

09-02-2023

Birinci vitse-prezidentdən "Instagram"da Cəbrayıl paylaşımı

04-10-2020

Twitter-in rəhbəri koronavirusla mübarizəyə 1 milyard dollar ianə edib

08-04-2020

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

Hesab.az "Silahlı Qüvvələrə dəstək" sosial layihəsinə başlayıb

10-10-2020

Koronavirus fonunda hakerlər insanları aldatmağa çalışır

01-04-2020

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

Azercell qazilər üçün “Veteran tarifi”-ni təqdim edir

08-11-2021

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

Qarabağ Dirçəliş Fondu ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

19-08-2024

UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

09-10-2020

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

03-06-2025

Nar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə edib

23-03-2020

ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap etdi.

01-07-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə