Azərbaycan BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni reytinqində 28 pillə irəliləyib

26-06-2014 / 10:10
BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti ölkələrin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə yeni “United Nations E-Government Survey 2014: E-Government for the Future We Want” reytinqini dərc edib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, reytinqdə ölkələr hakimiyyət orqanlarının informasiya və rabitə texnologiyalarından əhaliyə xidmət göstərmək üçün istifadəyə görə hazırlıq və bacarığın ölçülməsi indeksindən (EGDI) asılı olaraq qərarlaşıb.
 
Dünya siyahısında Azərbaycan 68-ci yeri tutaraq, əvvəlki reytinqlə müqayisədə 28 pillə irəliləyib və Çin, Türkiyə, Serbiya kimi ölkələri geridə qoyub. Azərbaycanın “EGDI” üzrə göstəricisi 0,5472 təşkil edib. Siyahıda birinci yeri 0,9462 göstərici ilə Koreya Respublikası tutub.
 
Avropa regionu üzrə orta “EGDI” 0,6936, Amerika regionunda 0,5074, Asiya regionunda 0,4951, dünyada isə 0,4712 olub. Beləliklə, regional baxımdan ən yüksək “EGDI” göstəricisi Avropaya məxsusdur.
 
Reytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq Avstraliya və Sinqapur tutub. Dördüncü yerdə Fransa, beşinci yerdə Niderland qərarlaşıb. İlk onluğa, həmçinin Yaponiya, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya və Finlandiya daxildir.  

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə