Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında 30,48 MB/S sürətlə 121-ci yerdə qərarlaşıb.
Xeberler.az “Speedtest Global Index”ə istinadən məlumat verir ki, bu göstərici üzrə Azərbaycan sentyabr ayı ilə müqayisədə 2 pillə geriləyib.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (264,15 MB/S), axırıncı yeri isə Kuba (2,19 MB/S) tutub.
Məlumata görə, Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə 142 ölkə arasında 45,70 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Bu isə, avqusta nisbətən 1 pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (269,41 MB/S), sonuncu - 142-ci yeri isə Kuba (3,33 MB/S) tutub.
Bundan başqa, oktyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 46,45 MB/S sürətlə 173 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 323,48 MB/S sürətlə Dubay şəhəri, sonuncu yeri isə 3,78 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 31,72 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 1 pillə geriləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 283,12 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 2,09 MB/S sürətlə sonuncu olub. (report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri