Previous Next
Bağla

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022 17:47
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi arasında hava əlaqələri haqqında saziş imzalanıb.

Xeberler.az bildirir ki, bu saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri xanım Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfər çərçivəsində İsrailin turizm naziri, İsrail – Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Konstantin Yoel Razvozovla görüş keçirilib. Görüşdə turizm sahəsində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edən nazir Rəşad Nəbiyev ötən il İsraildə açılmış Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin fəaliyyətini təqdir edib. Erməni işğalından azad edilmiş ərazilərdə nəqliyyat və logistika sahələrində həyata keçirilən iri miqyaslı layihələrdən və Zəngəzur dəhlizinin açılmasından danışan nazır Qarabağ regionunun turizm imkanlarından da bəhs edib.

Konstantin Yoel Razvozov bildirib ki, bu il İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanla son iki ildə əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyub. Bu gün əməkdaşlıq istiqamətlərinə təhlükəsizlik, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə, eləcə də turizm kimi mühüm sahələr daxildir. İsrailin turizm naziri bütün sahələrdə tərəfdaşlığı daha fəal şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayıb.

Səfər zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Texnologiya İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən yaradılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək. Bu proqram çərçivəsində tədris Bakıda “Technion” Texnologiya İnstitutunun professor-müəllim heyəti tərəfindən aparılacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır.

Həmçinin nazir Rəşad Nəbiyev İsrail Rəqəmsal İşlər Qurumunun icraçı direktoru Dror Binlə görüşüb. Görüşdə “Hökumət buludu”, “Elektron hökumət” istiqamətlərində müzakirələr aparılıb, İsrail tərəfi bu sahədə öz təcrübəsini bölüşüb.

İsrailin Kosmik Agentliyinin direktoru Uri Oronla keçirilən görüşdə isə “Azərkosmos”la əməkdaşlıq çərçivəsində İsrail şirkətlərinə Avropa, Yaxın Şərq və Afrika regionu üzrə göstərilən yayım təminatı dəstəyi barədə danışılıb. Görüşdə İsrailin kosmik elm sənayesi və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İsrail agentlikləri və şirkətləri 2023-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştiraka dəvət edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025
Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

29-06-2009
Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

07-04-2025
Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

22-11-2024
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək

04-02-2026
Nazir Rəşad Nəbiyev İsrail şirkət rəhbərləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev İsrail şirkət rəhbərləri ilə görüşüb

08-04-2025
Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
NASA və İsrail arasında saziş imzalanıb

NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023
Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək

Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək

22-06-2026
Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə  görüşüb

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

24-09-2024
Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024
Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri ilə görüşüb

Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri ilə görüşüb

05-03-2026
Nazir müavini: “Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

Nazir müavini: “Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

04-07-2022
İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

31-03-2023
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Nazir Rəşad Nəbiyev “Netivei Israil”in rəhbərliyi ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Netivei Israil”in rəhbərliyi ilə görüşüb

10-04-2025
Nazir Rəşad Nəbiyev Pakistanlı nazir ilə görüşüb

Nazir Rəşad Nəbiyev Pakistanlı nazir ilə görüşüb

30-01-2025
Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

09-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə