Previous Next
Bağla

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023 11:22
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk Məzun Günü keçirilib.

"Report" xəbər verir ki, tədbirdə nazir müavini Samir Məmmədov, İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, İsrailin Azərbaycandakı səfiri Corc Diklə yanaşı, digər qurum və şirkət rəhbərləri də iştirak ediblər.

S.Məmmədov öncə müasir dövrdə kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq AKM-nin ilk ilində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ötən il Mərkəzə müraciət etmiş 2 300 şəxsdən 60-ı bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə edib. Tələbələr müdafiə ("Blue Team") və hücum ("Red Team") qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik üzrə ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər.

İngilis dilində tədris edilən dərsləri İsrailin aparıcı elmi mərkəzi olan “Technion” İnstitutunun professor heyəti keçir. 6 ay davam edən təlim müddəti ərzində tələbələr səhər 9-dan axşam 6-ya qədər AKM-də keçirilən əyani dərslərə cəlb olunublar.

Məzun Günündə, həmçinin təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub. Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar məzun sertifikatları təqdim edib.

Növbəti 3 il ərzində Mərkəzdə 1000-ə yaxın kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması gözlənilir.

21-ci əsrdə kibertəhlükəsizlik problematikasının aktuallığı durmadan artır. Yeni təhlükə mənbələri yarandıqca, onlara qarşı müvafiq müdafiə mexanizmlərinin işlənib hazırlanması zərurəti yaranır. İnkişaf edən rəqəmsal hökümət, cəmiyyət və dayanıqlı iqtisadiyyatın kiberhücumlara qarşı müdafiə potensialının gücləndirilməsi də dövlət təhlükəsizliyi konsepsiyasının tərkib hissəsinə çevrilib.

Bu kontekstdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığının aradan qaldırılmasına və dövlətimizin kibermüdafiəsinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025

Azərbaycanda 60 nəfər kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanıb

24-07-2023

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

31-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə