“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal imkanlardan istifadə edir”

16-11-2024 / 16:44

“Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə şəhər mobilliyi və rəqəmsal hökumət sahəsində potensial imkanlardan istifadə etməsini görmək çox xoşdur”.

Xeberler.az bildirir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edən “SAP” şirkətinin Hökumət işləri və davamlılıq üzrə direktoru Karolina Telejko deyib.

O əlavə edib ki, rəqəmsal texnologiyalar vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan da digər ölkələr kimi, süni intellektdən daha çox istifadə etməli, karbon emissiyalarının monitorinqini aparmalı, onların idarə edilməsi və azaldılmasına nail olmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə