Previous Next
Bağla

İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə müzakirə olunub

17-11-2024 14:56
İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə müzakirə olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclis tərəfindən keçirilən Parlament Görüşündə “İqlim dəyişikliyi ilə mübarizədə texnklogiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub.

Xeberler.az məlumat verir ki, Milli Məclisin deputatı Fariz İsmayılovun moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəsini təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.

İqlim Siyasəti Radarının qurucusu və Baş direktoru xanım Michal Nachmany, “Permalution”un qurucusu və Baş direktoru xanım Tatiana Estevez və Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü xanım Meera Al Suvaidi çıxışlarında texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava hadisələrinin artması planetimizin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı təmin etməklə həyata keçirilməlidir.

Həmçinin diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.

Tədbir zamanı iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24-10-2024

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024

İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

05-04-2024

"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

04-10-2024

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal imkanlardan istifadə edir”

16-11-2024

Nigar Arpadarai: “Rəqəmsal texnologiyaların enerji keçidinə transformasiyası vacibdir”

16-11-2024

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

Azərkosmos “СOP28” tədbirində iştirak edib

11-12-2023

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

03-10-2024

Türkiyə COP31-ə ev sahibliyi edəcək

20-11-2025

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024

COP30-da Süni İntellekt üzrə İqlim İnstitutu təqdim edilib

13-11-2025

"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır

04-10-2024

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə