Previous Next
Bağla

Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

10-10-2022 17:15
Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

Azercell-in dəstəyilə məktəbli qızlarımız “EGOI 2022” müsabiqəsində iştirak edəcəklər

Azərbaycanlı məktəblilər “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.

Xeberler.az bildirir ki, komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.

Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrədə keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər.

“Azercell Telekom” MMC 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Lider mobil operator İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, indi isə artıq qızların da informatika fənninə qarşı marağının artırılması, onların İKT sahəsinə cəlb olunaraq gələcək mütəxəssis kimi yetişdirilməsi baxımından bu əməkdaşlığa olduqca yüksək qiymət verir. Qeyd edək ki, şirkət qızların potensial və bacarıqlarını üzə çıxarmaq məqsədilə müxtəlif tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır.

Azercell bütün məktəbli qızları və onların valideynlərini qarşıdan gələn 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

01-08-2023

Azercell-in dəstəklədiyi komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24-07-2025

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirilib

19-04-2025

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

21-12-2024

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

23-01-2019

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022

Azercell-in dəstəyilə hazırlıq keçən məktəblilər medala layiq görülüblər

03-09-2020

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə