Previous Next
Bağla

Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

20-10-2023 09:57
Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

Son 20 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq 4 milyard manatdan 86,4 milyard manata çatıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” adlı məqaləsində bildirib.

"Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9 % olduğu halda, 2022-ci ildə 87,6 % təşkil edib. “2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir", - deyə o qeyd edib.

Bundan başqa, nazir bəyan edib ki, iqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır: "İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması bu kontekstdə dəyərləndirilə bilər".

M.Cabbarov vurğulayıb ki, sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılmasıdır: “Ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycanda sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2 %-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür.

2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 %, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 % (470,6 milyon manat) olub. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur. Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələrin icrası nəticəsində ölkədə yeni məhsullar istehsal edən müəssisələr yaradılıb. Prezidentin 20 dekabr 2022-ci il tarixli fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Texnoparklarının uğurları davam edir

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016
Ölkədə  kompüter, elektron və optik məhsulların istehsalı artıb

Ölkədə kompüter, elektron və optik məhsulların istehsalı artıb

18-11-2015
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023
“Biznes və investisiya mühiti təkmilləşdirilir”

“Biznes və investisiya mühiti təkmilləşdirilir”

28-09-2016
Elnur Əliyev: Rəqəmsal iqtisadiyyat ölkənin əsas istiqamətlərindəndir

Elnur Əliyev: Rəqəmsal iqtisadiyyat ölkənin əsas istiqamətlərindəndir

25-04-2025
Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023
“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018
İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

İnformasiya və rabitə xidmətlərinin həcmi artıb

16-09-2015
Azərbaycan sənaye portalı istifadəyə verilib

Azərbaycan sənaye portalı istifadəyə verilib

08-09-2015
Naxçıvanda Sənaye Parkı yaradılacaq

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023
“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

“Təmiz Şəhər” rəsmi internet səhifəsini istifadəyə verib

05-03-2013
Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə iclas olub

Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə iclas olub

17-04-2015
Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

14-06-2016
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

16-06-2022
Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023
Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

04-04-2023
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
İKT sektorunda məhsul istehsalı ötən il 9 faizədək artıb

İKT sektorunda məhsul istehsalı ötən il 9 faizədək artıb

19-01-2026
 Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016
İKT sektoru üzrə məhsul istehsalı oktyabrda artıb

İKT sektoru üzrə məhsul istehsalı oktyabrda artıb

14-11-2025
Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə 3 milyard dolları ötəcək

Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə 3 milyard dolları ötəcək

28-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə